İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sparta"dan (Niderland) Maduka Okoyeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
 
Okoye 2022-ci ilin yanvarında "Uotford"a qoşulacaq.
 
Premyer Liqa klubu Nigeriya millisinin də üzvü olan qapıçı üçün 7 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest