"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçulara istirahət verib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis, milli komandaların oyunlarına görə yaranan fasilədə oyunçuları 1 həftəlik tətilə buraxıb, özü isə ailəsiylə birlikdə Norveçə yollanıb.
 
Sulşerin bu qərarı İngiltərə futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
 
"Mançester Yunayted" Premyer Liqada 6-cı sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest