"Qarabağ"ın yarımmüdafiəçisi Marko Veşoviç Monteneqro millisində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, o, Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Türkiyə millisi ilə qarşılaşmanın iştirakçısı olub.
 
Monteneqro yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətdə meydana çıxan "Qarabağ"ın futbolçusu 90 dəqiqə oynayıb.
 
Veşoviçli Monteneqro yığması seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest