Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaq Kiprin "Omoniya" komandasında zədəli oyunçuların son durumu açıqlanıb. Matc.az Kipr mətbuatına istinadən xəbər verir ki, Konfrans Liqasının 2-ci turunda məhz Ağdam təmsilçis ilə ilk matçda (1:4) zədələnən Erik Boteak artıq məşqlərə başlayıb.
 
Fransalı yarımümdafiəçinin Kipr çempionatının 10-cu turunda "Aris"lə görüşə qədər tam hazır olacağı bildirilir. Beləliklə, o, "Qarabağ"la matçda da iştirak edə biləcək.
 
Komandanın digər zədəli futbolçuları Yannis Kusulos və qapıçı Fabiano isə hələ də sağalmayıblar.
 
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" matçına saat 21:45-də start veriləcək. Azərbaycan təmsilçisi Kiprdə baş tutan ilk oyunda 4:1 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest