Türkiyənin "Beşiktaş" klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Kalyari"nin futbolçusu Dieqo Qodini heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
"Beşiktaş" qış transfer pəncərəsi dövründə 35 yaşlı uruqvaylı müdafiəçi ilə müqavilə imzalamaq istəyir.
 
Qodin bu mövsüm "Kalyari" ilə A Seriyasında 8 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest