"Səbail"in futbolçusu Nikolas Raysel Fransa mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi 2013-cü ildə PSJ klubundan ayrılmasının səbəbini açıqlayıb:
 
"Müqaviləmin bitməsinə iki il qalmış ciddi zədə aldım. Zədədən yaxşı qayıtsam da, başqalarından daha çox işləməli olduğumu bilirdim. çünki mən heç vaxt akademiyanın böyük istedadı olmamışam. Məşqçilər yalnız ən yaxşıları seçdilər və mən onlardan biri deyildim".
 
2011-2013-cü illərdə PSJ-nin ikinci komandasının formasını geyinən Nikolas Raysel 2020-ci ildən Azərbaycanda çıxış edir. 28 yaşlı hücumçu "Səbail"dən əvvəl "Qəbələ"də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest