Futbol üzrə Asiya çempionlar Liqasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, finalda Cənubi Koreya təmsilçisi "Pohanq"la  Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası qarşılaşıb.
 
Rəqibini 2:0 hesabı ilə məğlub edən "Əl-Hilal" qitə çempionu olub. Bu, sözügedən klubun turnirdəki 4-cü uğurudur.
 
"Əl-Hilal" bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatında iştirak hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest