26 Noyabr 2021, 17:05
TOP OYUNLARI
Azərbaycan Voleybol Federasiyasında hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib. O, həm də Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.
Yenidən Voleybol Federasiyasının prezidenti seçilən Cavid Qurbanov bununla bağlı açıqlama verib. O, Azərbaycan çempionatında komanda sayını artırmaq istədiklərini deyib:
"Federasiyamızın idarə heyəti yenidən seçilib. Əsas məqsədimiz voleybolun inkişafı ilə məşğul olmaqdır.
Komandalarımızın sayını artırmaq niyyətindəyik. Xaricdə bir çox klublar məktəbləri təmsil edir. Onlarla danışıq aparıb, bu məsələni inkişaf etdirmək istəyirik. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil. Komanda idman növlərini də inkişaf etdirmək lazımdır.
Biz ucaboy xalq deyilik. çalışmalıyıq ki, gənclərimiz daha inkişaf etsin. ölkəmizdə yetəri qədər olimpiya kompleksləri var. Sadəcə, istək və həvəs lazımdır. Gəncləri bu idman növünə yönləndirmək lazımdır".