Polşanın "Legiya" klubunun azarkeşləri Avropa Liqasının qrup mərhələsində "Lester Siti" ilə İngiltərədəki səfər oyunu zamanı 12 polisi döyüblər. Matc.az xəbər verir ki, "Legiya"nın fanatları yerli "Lester Siti" azarkeşlərinin olduğu tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Ancaq polislər onların qarşısını kəsib.
 
Baş vermiş toqquşmada "Legiya"nın 7 fanatı saxlanılıb.
 
"Lester Siti" "Legiya"nı 3:1 hesabı ilə məğlub edib. Polşa klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest