26 Yanvar 2019, 11:23
DÖYÜŞ NÖVLƏRİ
"Sərhədçi" İdman Olimpiya Kompleksində gənclər arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Matç.az xəbər verir ki, 2 gün davam edən paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günü qızlar arasında beş çəki dərəcəsində (48 kq, 57 kq, 70 kq, 78 kq, +78 kq) qaliblər müəyyənləşib.
Oğlanların mübarizəsində isə 60 kq, 73 kq, 90 kq və +100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb. Paytaxt birinciliyində fərqlənənlərə medallar, Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları təqdim olunub.