Millətlər Liqasının Farer adaları ilə oyunu Azərbaycan millisinin qapısını toxunulmaz saxlaması ilə əlamətdar  olub. Matç.az saytı xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn yığmamız turnirdə 2-ci "quru" oyununu keçirib.

Kosovo ilə ev matçında da qol buraxmayan millimiz üç qarşılaşmadan yalnız birində qapısını toxunulmaz saxlaya bilməyib.

Farer adaları ilə matç meydana kapitan kimi çıxan Kamran Ağayevin yığmada 21-ci quru oyunu olub. O, səfər görüşünədək 20 görüşdə qol buraxmamışdı.

Ağayev bu göstəricidə komandamızın mütləq rekordçusudu.

Qeyd edək ki, qapıçı yığmamızda 77-ci matçını keçirib. Bu göstəricidə Mahir Şükürovu keçən Ağayev milli tarixinin 3-cüsü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest