İtaliyanın "Napoli" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, A Seriyasının 15-ci turunda "Sassuolo" ilə keçirilən matçda (2:2) zədələnən Xalidu Kulibali bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Seneqallı müdafiəçinin bərpası növbəti ilin fevralına qədər çəkəcək.
 
Kulibali zədə səbəbindən 2022-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək Afrika kubokunu da buraxa bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest