Avropa Voleybol Konfederasiyası  tərəfindən Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib. Matc.az xəbər verir ki, İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək CEV çempionlar Liqasının E qrupunun "ZOK UB" (Serbiya) – "Ximik Polis" (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
  
Qeyd edək ki, görüşün hakimləri rusiyalı Yevgeni Makşanov və bolqarıstanlı Konstantin Yovçev olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest