"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Ukraynanın "Zarya" (Luqansk) və Norveçin "Bodo Qlimt" komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
 
Dekabrın 9-da Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest