Azərbaycan Cüdo Federasiyası 2018-ci ildəki yüksək fəaliyyətinə görə qiymətləndirilərək "İlin federasiyası" nominasiyasının qalibi elan olunub.

"Marriott" otelində "Zəfər" Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi keçirilib. Matç.az xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi Sadıq Sadıqov "İlin idman xadimi" mükafatına layiq görülüb. Azərbaycan Cüdo Federasiyası 2018-ci ildəki yüksək fəaliyyətinə görə qiymətləndirilərək "İlin federasiyası" nominasiyasının qalibi elan olunub.

Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abiyev və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov "Zəfər" beynəlxalq idman mükafatlarını federasiya rəsmilərinə təqdim edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest