"Birinci hissədə hər şey ürəyimizcə idi. Komanda rəqibdən üstün oynayırdı. Lakin bunun davamını gətirə bilmədik". Matç.az saytının məlumatına görə, bunu Farer adalarının baş məşqçisi Lars Olsen deyib.

O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla keçirilən oyunu dəyərləndirib. Olsen yerli mətbuata açıqlamasında 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Birinci hissədə qol vəziyyətlərimiz olsa da, dəyərləndirə bilmədik. Erkən qol vursaydıq, hər şey başqa cür olacaqdı. Ancaq fasilədən sonra bu üstün oyunu davam etdirmədik. Fərdi səhvlərdən qollar buraxdıq. İlk qolu buraxdıqdan sonra belə, bərabərlik topunu vurmaq imkanımız oldu. Təəssüf ki, rəqibin qapısı qarşısında istədiyimiz kimi davrana bilmədik".

Qeyd edək ki, Farer adaları oktyabrın 14-də Kosovo ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest