Varşava təmsilçisi səfərdə Azərbaycan millisinin digər üzvü Anton Krivotsyukun komandası - "Visla" (Plotsk) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb - 1:0.

Futbol üzrə Polşa çempionatında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
 
Varşava təmsilçisi səfərdə Azərbaycan millisinin digər üzvü Anton Krivotsyukun komandası – "Visla" (Plotsk) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb – 1:0.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
 
Krivotsyuk isə sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə forma geyinməyib.
 
"Visla" 18 oyuna topladığı 26 xalla 18 kollektiv arasında 7-cidir. "Legiya" isə 12 xalla sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest