Futbol üzrə İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
"Torino" "Bolonya"nı, "Sassuolo" isə "Latsio"u 2:1 hesabıyla üstələyib. Səfərdə "Verona" ilə qarşılaşan "Atalanta" əzmkar qələbəyə sevinib.
 
"Napoli" bu turda "Empoli" ilə qarşılaşıb. Neapol təmsilçisi doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.
 
Son çempion "İnter" isə bu turda "Kalyari"ni qəbul edib. Milan təmsilçisi rəqibini 4 cavabsız qolla üstələyib.
 
İtaliya A Seriyası
17-ci tur
10 dekabr
 
Cenoa – Sampdoriya 1:3
Qol: Destro, 78 – Qabbyadini, 7; 67. Kaputo, 49.
 
11 dekabr
 
Fiorentina – Salernitana 4:0
Qol: Bonaventura, 31. Vlahoviç, 51; 84. Maleh, 90.
 
Venetsiya – Yuventus 1:1
Qol: Aramu, 55 – Morata, 32.
 
Udineze – Milan 1:1
Qol: Beto, 17 – İbrahimoviç, 90+2.
 
12 dekabr
 
Torino – Bolonya 2:1
Qol: Sanabriya, 24. Soumaoro, 69-öz qapısına – Orsolini, 79.
 
Verona – Atalanta 1:2
Qol: Simeone, 22 – Mirançuk, 37. Kopmeyners, 62.
 
Napoli – Empoli 0:1
Qol: Kutrone, 70.
 
Sassuolo – Latsio 2:1
Qol: Berardi, 63. Raspadori, 69 – Zakkayni, 6.
 
İnter – Kalyari 4:0
Qol: L.Martines, 29; 68. A.Sançes, 50. H.çalhanoğlu, 66.
 
13 dekabr
 
23:45 Roma – Spetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest