Son turlarda uğursuz çıxış edən "Volfsburq" bu turda "Köln"lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanan tərəf olub.

Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun açılış matçında lider "Bayern" səfərdə "Ştutqart"ın qonağı olub. Münhen təmsilçisi bu oyunda beş cavabsız qola sevinib.
 
"Maynts" da "Herta"nı darmadağınla yola salıb. "Arminiya" isə "Bohum" üzərində inamlı qələbəyə sevinib.
 
Son turlarda uğursuz çıxış edən "Volfsburq" bu turda "Köln"lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanan tərəf olub.
 
Almaniya Bundesliqası
16-cı tur
14 dekabr
 
Ştutqart – Bayern 0:5
Qol: Qnabri, 40; 53; 74. Levandovski, 69; 72.
 
Arminiya – Bohum 2:0
Qol: Okuqava, 51. Vimmer, 69.
 
Volfsburq – Köln 2:3
Qol: Nmeça, 8. Veqorst, 51 – Modeste, 34; 89. Ut, 73.
 
Maynts – Herta 4:0
Qol: Li, 19. Hak, 41. Vidmer, 49. Boetius, 79.
 
15 dekabr
 
21:30. Borussiya (Mönhenqladbax) – Ayntraxt
23:30. Auqsburq – Leyptsiq
23:30. Bayer – Hoffenhaym
23:30. Borussiya (Dortmund) – Qroyter
23:30. Union Berlin – Frayburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest