Azərbaycanın U-15 və U-16 milli komandasının baş məşqçisi Füzuli Məmmədov və qızlardan ibarət millinin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Adana Dəmirspor" klubunun bazasında olublar.
 
Matc.az xəbər verir ki, mütəxəssislər baş məşqçi Vinçentso Montella ilə görüşüb, ona Azərbaycan milli komandasının forması hədiyyə edilib, eyni zamanda fikir mübadiləsi aparılıb.
 
Artıq 3 gündür qardaş ölkədə olan məşqçilərin səfərinin məqsədi təcrübə toplamaq, məşq proseslərində tətbiq olunan yeniliklərə tanış olmaqdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest