"Yaxşı oynamağın fonunda məğlub olmağımız yerinə düşmədi". Matç.az saytının məlumatına görə, bunu Farer adaları yığmasının müdafiəçisi Vilyormur Davidsen deyib.
O, yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi ilə dünən keçirdikləri qarşılaşmanı dəyərləndirib.
Sol cinah oyunçusu nəticəni ədalətli saymır: "Məncə, hesab oyuna görə olmadı. çünki pis təsir bağışlamadıq. Sadəcə, rəqib bəzi səhvlərimizdən lazımınca yararlandı. Biz isə Azərbaycan yığmasının qapısı qarşısında həlledici zərbələri vura bilmədik. Mübarizədən qopmaq olmaz. Kosovo ilə qarşıdakı oyun bizim üçün həlledici olacaq".
Qeyd edək ki, millimizə 0:3 hesabı ilə məğlub olan Farer adaları oktyabrın 14-də Kosovo ilə üz-üzə gələcək.