İtaliyanın "İnter" klubu yarımmüdafiəçisi Kristian Eriksenlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Danimarkalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna 29 yaşlı yarımmüdafiəçinin səhhətinin futbol oynamağa imkan verməməsi səbəb olub.
 
Eriksen 2020-ci ilin yanvarından "İnter"də çıxış edirdi. Bu yay Aç-2020 çərçivəsində iyunun 12-də baş tutan Danimarka - Finlandiya oyunu zamanı Kristian Eriksenin ürəyi dayanıb. Həkimlər onun həyatını çətinliklə də olsa, xilas edə biliblər. Lakin təcrübəli yarımmüdafiəçinin ürəyinə kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb.
 
Futbolçunun "İnter"lə 2024-cü ilədək müqaviləsi vardı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest