18 Dekabr 2021, 11:19
TOP OYUNLARI
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2021/22 mövsümünün açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, "Murov" voleybol klubunun Biləcəridə yerləşən idman zalında təşkil edilən tədbirə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, 1-ci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar.
öncə Cavid Qurbanov iştirakçıları salamlayıb və yarışa qatılacaq komandalara uğurlar arzulayıb. O vurğulayıb ki, koronavirus pandemiyası səbəbindən ölkə çempionatında fasilə yaranmışdı. Buna baxmaraq, artıq yeni voleybol mövsümünə start verilir.
44 günlük Vətən Müharibəsində Azərbaycanın zəfərindən söz açan federasiya prezidenti oradakı quruculuq işlərindən də danışıb. O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağından və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəyinə inandığını qeyd edib. Cavid Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək.
Açılış mərasimində çıxış edən Faiq Qarayev voleybolun ölkəmizdə sevilməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, koronavirus pandemiyası idmanın bu növünü bir qədər geri salsa da, tezliklə problemlər aradan qaldırılacaq. Faiq Qarayev bu dəfə klubların gənclərə yer verəcəyini söyləyib. Onun sözlərinə görə növbəti mövsümdə daha təcrübəli oyunçular güclərini sınayacaqlar. Qarayev bildirib ki, yeni nəsil oyunçuların yetişməsi üçün əlindən gələni əsirgəməyəcək.
çempionata qadınlar arasında keçirilən Super Liqa yarışlarında mübarizə aparan "Abşeron" və "Murov" komandalarının oyunu ilə start verilib. Abşeron klubu ilk matçda 3:0 (25:8, 25:23, 26:24) hesabı ilə qalib gəlib.
Günün ikinci matçı kişilər arasında keçirilən Yüksək Liqada çıxış edən MOİK - "Neftçi" komandalarının qarşılaşması olub. Görüş 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə "hərbçilər"in xeyrinə başa çatıb.
Qeyd edək ki, qadınlar arasında keçirilən Super Liqada "Murov", "Abşeron", "Azərreyl" və UNEC çempion adı uğrunda mübarizə aparacaq. Kişilər arasında Yüksək Liqada isə MOİK, "Neftçi" "Murov", "Exspress" və "Sərhədçi" qüvvəsini sınayacaq.
Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.