İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola koronavirus testi verib. Matc.az xəbər verir ki, ispan mütəxəssisin testinin cavabı neqativ çıxıb.
 
Qvardiola Premyer Liqanın 18-ci turunun "Nyukasl"la səfər matçında komandasına rəhbərlik edəcək. Daha öncə onun koronavirusa yoluxduğu və bu üzdən "Nyukasl"la oyunda komandasının yanında ola bilməyəcəyi iddia olunurdu.
 
"Nyukasl" – "Mançester Siti" matçı dekabrın 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest