"Mançester Yunayted"in futbolçusu Aron Van-Bissaka sürücülük hüququndan məhrum edilib. Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
 
İngilis müdafiəçi siğortasız avtomobil idarə etdiyi üçün 6 aylıq sürücülük hüququndan məhrum edilib.
 
Van-Bissaka bununla yanaşı, 30 min funt-sterlinq məbləğində cərimələnib.
 
Van-Bissaka bu mövsüm "Mançester Yunayted"lə 13 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest