Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Yüksək Qızlar Liqasının UGİM (Naftalan) – "Keşlə" FK oyununda "Keşlə"nin futbolçusu Fidan Abdulrəhmanova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Gömrükçü" FK – 8 â„–-li RİOEUGİM oyununda 8 â„–-li RİOEUGİM komandasının futbolçusu Milana Rəhimova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Xırdalan City" – Nuxa (Şəki) oyununda "Xırdalan City" komandasının futbolçusu Leyla Gondolova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" İK – "Record" oyununda "Record"un futzalçısı Cahangir Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Ekol" – "Baku Fire" oyununda "Baku Fire" komandasının futzalçısı Kamran Hacıyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Baku Fire" komandasının digər futzalçısı Zalış Səmədzadə də "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Baku Fire" komandasının daha bir futzalçısı Elvin Quliyev oyunun 40-cı dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Star Karqo" – "Ulduz" oyununda "Ulduz"un futzalçısı ülvü Fərəcli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkəran" – "Zülfüqar" oyunu bitdikdən sonra "Xan Lənkəran"ın futzalçısı Fikrət Zeynallı hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Bibi Heybət" – "İsma Baku" oyununda "İsma Baku"nun futzalçısı Nəsib Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Baker Tilly" – "Star Karqo 2" oyununda "Baker Tilly" komandasının futzalçısı Erkin Məmmədov "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Region Liqasının "Astara" – "Qobustan" oyununda "Qobustan"ın futbolçusu Rövşən Heydərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Astara"nın futbolçusu Mirəli İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Astara" komandasına ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.
 
Region Liqasının "Füzuli" – "Ağsu Siti" oyununda "Füzuli"nin futbolçusu Xəyal Quliyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Karvan" – "Energetik" oyununda "Energetik"in futbolçusu Allahverdi Allahverdiyev "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Region Liqasının "Arpaçay" (Şərur) – "Dübəndi" (Ordubad) oyununda "Dübəndi"nin futbolçusu Turac Hacıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının  "İsmayıllı" – "Mil" FK oyununda "İsmayıllı"nın futbolçusu Azad Şalbuzov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının  "İsmayıllı" – "Mil" FK oyununda "Mil"in futbolçusu Kamal Qasımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
 
Gənclər Liqasının "Keşlə" – "Neftçi" PFK oyununda "Keşlə"nin futbolçusu Məmməd Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Zirə" – "Sabah" oyununda "Zirə"nin futbolçusu Ramiz Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Olimpiya" İK – "Ağstafa Gəncləri" oyununda "Olimpiya"nın futbolçusu Nihad Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Səbail" – "Atletico Baku" oyununda "Səbail"in futbolçusu Kənan Səfərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının UGİM "Ulduz" (Mingəçevir) – "Qəbələ" oyununda UGİM "Ulduz" (Mingəçevir) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Avey" – "Olimpiya" oyununda "Avey" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının "Ərgünəş" FK (Sumqayıt) – UGİŞM-2 (Sumqayıt) oyununda "Ərgünəş"in futbolçusu Cabbar Əlizadə "aqressiv hərəkətə" görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-12 Liqasının "Avey" – "Ağstafa Gəncləri" oyununda "Avey"in təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-11 Liqasının "Baku Sporting" – "Azart" oyunundan öncə yoxlanış zamanı "Azart" komandasının baş məşqçisi Səxavət Ağazadə hakimi təhdid və təhqir etməsinə, fasilə zamanı hakimlər otağına daxil olmasına görə 4 oyun şərti olmaqla 8 oyun cəzalanıb.
 
U-10 Liqasının "Olimpiya" İK – "Avey" (Ağstafa) oyununda "Avey" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Yüksək Qızlar Liqasının 8 â„–-li RİOEUGİM – UGİM (Naftalan) oyununda UGİM (Naftalan) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. 
 
Yüksək Qızlar Liqasının "Xırdalan City" – "Qəbələ" FK oyununda "Qəbələ"nin futbolçusu Səma Həsənli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire 2" – "Yasamal İsk" oyununda "Yasamal İsk" komandasının futzalçısı Mirəhməd Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın ADBTİA – PASO oyununda PASO komandasının futzalçısı Dərya Hümbətov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Zəngilan" – "Alyans Qrup" oyununda "Zəngilan"ın futzalçısı Kamil Aslanov oyunun 6-cı dəqiqəsində "sonuncu ümid folu"-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Hövsan" – "Borçalı" oyununda "Hövsan"ın futzalçısı Nihad Əcəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkəran" – "Star Karqo 2" oyununda matçın 25-ci dəqiqəsində "Xan Lənkəran"ın futzalçısı İlham İsmayıllı hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Xan Lənkəran"ın 17 nömrəli futzalçısı Qurban Orucov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Dalğa" – "İsma Baku" oyununda "İsma Baku"nun futzalçısı İntiqam Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest