Fransanın "Lans" klubu heyətini yeni gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Norveçin "Bodo Qlimt" klubundan Patrik Berqi heyətinə qatıb. Bu barədə "Lans"ın mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 4 illikdir. "Lans" Patrik üçün "Bodo Qlimt"ə 4.5 milyon avro ödəyəcək.
 
Norveç milli komandasının da üzvü olan Berq bu mövsüm "Bodo Qlimt"lə 41 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest