"Təəssüf ki, doğma azarkeşlərimiz önündə böyük hesabla uduzduq. Halbuki meydana böyük ümidlərlə çıxmışdıq". Matç.az saytı xəbər verir ki, bu sözlər Farer adaları yığmasının yarımmüdafiəçisi Brandur Hendriksson Olsenə məxsusdu.

O, yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində millimizə məğlubiyyətə (0:3) görə təəssüf hissi keçirdiyini vurğulayıb.

Orta sahə oyunçusu yenə də qrup birinciliyi uğrunda mübarizəni davam etdirəcəklərini düşünür: "Bu gün şanslardan yararlana bilmədik və nəticəsi ağır oldu. İndi bunu unudub, Kosovo ilə matça köklənməliyik. Yenə öz azarkeşlərimiz önündə çıxış edəcəyik. Bu dəfə bundan yararlanmaq lazımdı. Kosovoya qalib gəlsək, yenidən ümidlənə bilərik. Bu dəfə azarkeşlərimizi məyus etməyəcəyik".

Qeyd edək ki, Farer adaları – Kosovo oyunu oktyabrın 14-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest