"Trabzonspor" Türkiyə Super Liqasında 2021/22 mövsümünün ilk dövrəsini lider bitirib. Matc.az xəbər verir ki, 46 xal toplayan Qaradəniz təmsilçisi çempionatda yeni rekorda imza atıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Trabzonspor" Super Liqa tarixində bir mövsümün ilk dövrəsində ən çox xal qazanan komanda olub.
 
Bundan əvvəlki rekord "Fənərbaxça"ya aid idi. İstanbul təmsilçisi 2005/2006 mövsümündə ilk dövrəni 45 xalla bitirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest