"İlk dəqiqələrdən təzyiq edərək, qol vurmağa çalışdıq. Bu, yaxşı ideya idi".
"Kosovo ilə görüş bizim üçün taleyüklü olacaq. Qalib gələ bilməsək, ümidlərimizin üstündən xətt çəkiləcək". Matç.az saytının məlumatına görə, bunu Farer adaları yığmasının hücumçusu Simun Edmundson deyib.
27 yaşlı forvard yerli mətbuata açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla keçirilən oyunu dəyərləndirib.
Edmundson 0:3 hesablı yenilgini erkən qol vurmamaqla əlaqələndirib: "İlk dəqiqələrdən təzyiq edərək, qol vurmağa çalışdıq. Bu, yaxşı ideya idi. üstəlik, rəqibi təşvişdə saxlamağa və qol imkanları əldə etməyə də başlamışdıq. Lakin erkən qol vura bilməməyimiz işimizi çətinləşdirdi. Ani səhvdən isə qapımızda top gördük. Bundan sonra da toparlanmaq çətin oldu. Bundan sonra da imkanlarımız oldu, ancaq yararlana bilmədik".
Qeyd edək ki, Farer adaları növbəti oyununu oktyabrın 14-də Kosovoya qarşı keçirəcək.