"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komanda 3-cü dövrənin hazırlığına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək.
 
Sumqayıtlılar hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcəklər. Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən "Aska Resort" otelində məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest