Fransanın PSJ klubunun futbolçusu Lionel Messi koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bundan əlavə, Xuan Bernat, Serxio Riko və Natan Bityumazalanın da COVİD-19 testi müsbət nəticələnib.
 
PSJ yanvarın 3-də Fransa Kubokunun 1/16 final mərhələsində "Vann" komandasının qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest