"Koronavirusa yoluxmaq mənim üçün ağır idi". Matc.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Vikonos Radio/Tv"yə açıqlamasında deyib.
 
66 yaşlı italiyalı mütəxəssis peyvəndlərin ona çox köməklik etdiyini bildirib: "Azərbaycanda koronavirusla bağlı vəziyyət yaxşıdır. Xoşbəxtlikdən xəstəxanaya yerləşdirilməyə ehtiyacım olmadı. çox diqqətli olmalı və koronavirusu ciddiyə almalısınız. İkitərəfli pnevmoniyaya görə 7 kiloqram arıqladım. Sevinirəm ki, fiziki cəhətdən güclüyəm".
 
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsinin müddətini 2022-ci ilin noyabrınadək uzadıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest