İspaniyanın "Barselona" klubunun prezidenti Xoan Laporta yeni növ koronavirus infeksiyasına yoluxub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Laporta təcrid vəziyyətində qalacağı üçün "Barselona"nın növbəti matçlarını buraxacaq. Onun səhhəti yaxşı qiymətləndirilir, xəstəlik əlaməti yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest