Millətlər Liqasının III turunun ilk oyun günündən sonra statistik göstəricilər açıqlanıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeyda turnirdə ən çox ötürmə verən futbolçudu.

Milliləşən braziliyalı 215 ötürmə verib. Onun ən yaxın izləyicisi Serxio Ramos 204 dəfə bunu bacarıb. "200"səddini keçən 3-cü futbolçu da yığmamızın təmsilçisidi. Qara Qarayevin hesabında 201 ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest