"Barselona" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ronald Arauxo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspaniya kubokunda "Linares"ə qarşı keçirilən matçda (2:1) əlindən zədələnən Arauxo azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest