İspaniyanın "Rayo Valyekano" klubunda hücumçu Radamel Falkao ilə müqavilənin müddəti artırılacaq. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi 35 yaşlı futbolçu ilə razılıq əldə edib. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Falkao "Rayo Valyekano" ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq.
 
Kolumbiyalı hücumçu bu mövsüm La Liqada 11 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest