"Bura gəldiyim ilk andan başa düşdüyüm odur ki, "Esperans"da bütün titulları qazanmalısan. Yaxşı nəticələrə nail olmaq üçün əlimdən gələni edəcəyəm"

"Neftçi"dən ayrılıb, Tunisin "Esperans" klubuna keçən Sabir Buqrin açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata açıqlama verən mərakeşli yarımmüdafiəçi, yeni komandasına keçidi haqda danışıb:
 
"Esperans" böyük və tarixi klubdur. Bu komandanı Afrika çempionlar Liqasında izləmişəm və çempion olmaları məni ruhlandırdı, böyük həvəs gətirdi.
 
Klubla danışıqlar sürətlə getdi. Aparılan danışıqların yolu və sürəti məni heyran etdi. İlk dəfədir Afrika komandası ilə müqavilə imzalayıram. Burada da hadisələr Avropa komandalarındakı kimi cərəyan etdi. Sözün əsl mənasında peşəkar komanda tapdım. Klub prezidentinə, texniki heyətə, hər kəsə təşəkkür edirəm. Bura gəldiyim ilk andan başa düşdüyüm odur ki, "Esperans"da bütün titulları qazanmalısan. Yaxşı nəticələrə nail olmaq üçün əlimdən gələni edəcəyəm".
 
Buqrin "Esperans"la müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest