Ötən ilin oktyabrında Konor Makqreqor və Həbib Nurməhəmmədov arasında MMA üzrə keçirilən qaydasız döyüşlə bağlı qərar verilib. ABŞ-ın Nevada ştatında baş tutan Atletika Komissiyasının iclasında hər iki idmançı haqda sərt qərar qəbul olunub.

ötən ilin oktyabrında Konor Makqreqor və Həbib Nurməhəmmədov arasında MMA üzrə keçirilən qaydasız döyüşlə bağlı qərar verilib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın Nevada ştatında baş tutan Atletika Komissiyasının iclasında hər iki idmançı haqda sərt qərar qəbul olunub.

UFC üzrə yüngül çəkili çempion Nurməhəmmədov 9 ay döyüşlərdən kənarlaşdırılıb və 500 min dollar məbləğində cərimələnib. Makqreqorun diskvalifikasiyasının müddəti isə 6 ay olub. Ona da 50 min dollar cərimə kəsilib.

Həbibin cəzası 6 aya endirilə bilər. Bir şərtlə ki, o, zorakılığa qarşı mübarizə ilə bağlı reklamda çəkilməlidi. Onun qardaşı Həbib Əbubakar və sparrinq-tərəfdaşı Zübeyr Tuxuqov isə 1 illik cəzalandırılıb və hərəsi 25 min dollar məbləğində cərimələnib.

Cəzalar ötən ilin oktyabr ayının 6-dan etibarən qüvvədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest