İtaliyanın "Roma" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.
 
Xatırladaq ki, bu, "Roma"da yanvarın əvvəlindən bəri koronavirusa dördüncü yoluxma faktıdır. Klub ayın 2-də iki, 9-da isə daha bir futbolçusunun COVİD-19 testinin pozitiv çıxdığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest