İngiltərənin "Arsenal" klubu futbolçusu Folarin Baloqunu icarəyə verib. Matc.az xəbər verir ki, 20 yaşlı hücumçu mövsümün sonuna qədər "Midlsbro"da çıxış edəcək. Bu barədə çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Arsenal"ın yetirməsi olan Baloqun karyerası ərzində ilk dəfə icarəyə verilib. Hücumçu London təmsilçisi ilə bu mövsüm 10 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest