Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinə baş məşqçi təyinatı rəsmiləşib. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yığmamız Əsgər Eyvazova həvalə edilib.

58 yaşlı mütəxəssis bu postda əsas komandanın "sükanı arxasına" keçən Vaqif Şirinovu əvəzləyib. Eyvazov artıq işinin icrasına başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest