"Bavariya" hücumçusu Sandro Vaqnerlə yollarını ayırıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı forvard karyerasını çində davam etdirəcək.

Almaniya millisinin üzvü "Tyançzin Teda" klubu ilə anlaşıb. O, yeni komandası ilə 2021-ci ilin yanvar ayına qədər müqavilə bağlayıb. Bu keçid Münhen təmsilçisinə 5 milyon avro qazandırıb.

Qeyd edək ki, Sandro Vaqner "Bavariya"ya ötən ilin əvvəlində 13 milyon avroya "Hoffenhaym"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest