30 Yanvar 2019, 13:31
DÖYÜŞ NÖVLƏRİ
Yanvarın 16-dan Kayseri şəhərində Türkiyə və Rumıniya yığması ilə birgə təlim-məşq toplanışı keçən qadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq. Matç.az xəbər verir ki, fevralın 1-dən 3-dək Nitsa şəhərində keçiriləcək "Qran-pri"də ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə ədaləti qoruyacaq.