Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, komandamız Borqlon şəhərində Belçika yığması ilə qarşılaşıb.
 
Joze Alesio da Silvanın baş məşqçi olduğu millimiz bu qarşılaşmadan məğlub ayrılıb. Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan milli komandasının heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.
 
Yüngül zədəsi olan İsa Atayev oyunda iştirak etməyib.
 
 
Yoxlama oyunu
17 yanvar
 
Belçika – Azərbaycan - 5:3
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons.
 
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest