Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Matc.az xəbər verir ki, Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının "Qalatasaray" (Türkiyə) – "Karlovarsko" (çexiya) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
 
Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrey Taran, rumıniyalı Benone Visandır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest