"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 23-cü turunda Markus Reşfordun sonuncu dəqiqədə vurduğu qolla "Vest Hem"i məğlub edib – 1:0. Matc.az xəbər verir ki, sözügedən matçın 9-cu dəqiqəsində cərimə zərbəsi yerinə yetirən Kriştiano Ronaldo uğursuz göstəriciyə imza atıb.
 
Ronaldo 2017/18 mövsümündən bu yana 90 dəfə cərimə zərbəsi yerinə yetirib və bunların sadəcə birində qol vurmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest