Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub. Matc.az xəbər verir ki, günün yeganə oyununda "Exspress" "Sərhədçi"ni sınağa çəkib.
 
"Murov" klubunun idman zalında 2-ci tur çərçivəsində baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb.
 
İlk setdə 25:21 hesabı ilə qalib gələn "Ekspress" növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan "Sərhədçi" məğlubiyyətdən xilas ola bilməyib. "Ekspress" çempionata 3:0 hesablı qələbə ilə başlayıb. 
 
Yanvarın 27-də isə 2-ci turun digər qarşılaşmasında MOİK "Murov"u (saat 16:00) sınağa çəkəcək. Bu tur "Neftçi" istirahət edəcək.
 
Xatırladaq ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK "Neftçi"yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.
 
Yüksək Liqa
2-ci tur
26 yanvar
 
Exspress - Sərhədçi 3:0 (25:21, 27:25, 25:23)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest