Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə Misir və Mərakeş yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran misirlilər yarımfinala vəsiqə qazanıblar. Seneqal millisi isə Ekvatorial Qvineya yığması ilə oyunda inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.
 
Daha öncə Kamerun və Burkina Faso yığmaları da yarımfinala vəsiqə qazanmışdılar. Beləliklə, Afrika Millətlər Kubokunda finala vəsiqə uğrunda Burkina Faso millisi Seneqalla, Misir yığması isə Kamerunla mübarizə aparacaq.
 
Afrika Millətlər Kuboku
1/4 final
29 yanvar
 
Qambiya – Kamerun 0:2
Qol: Ekambi, 50; 57.
 
Burkina Faso – Tunis 1:0
Qol: Oattara, 45+3.
 
30 yanvar
 
Misir – Mərakeş 2:1
Qol: Salah, 53. Trezeqe, 100 – Bufal, 7-pen.
 
Seneqal – Ekvatorial Qvineya 3:1
Qol: Dyedyu, 28. Kuyate, 68. Sarr, 79 – Buyla, 57.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest