İngiltərənin "Everton" komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Frenk Lempard çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
 
İngiltərəli baş məşqçi Mersisayd təmsilçisinin sükanı arxasında yanvarın 16-da istefaya göndərilmiş Rafael Benitesi əvəzləyib. Lempardın sonuncu iş yeri isə "çelsi" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest